Demo giriş
Şirkətlər üçün iş mühiti və assistent

Şirkətinizin rəqəmsal əkizi

Sənədlər, müraciətlər, tapşırıqlar və insanlar — bir yerdə. Assistent isə yalnız şirkətinizin öz sənədlərindən cavab verir və hər cavabın mənbəyini göstərir.

  • Azərbaycan dilində
  • Hər cavab mənbə ilə
  • Android və iOS tətbiqi — tezliklə
Cotwyn-in iki personajı: tünd COT şüşə qapının önündə dayanıb, qapının içindəki şəffaf əkizi WYN-ə əl uzadır.
Niyə Cotwyn

Modulların sayı yox — cavabın doğruluğu

Şirkətin bilikləri sənədlərdə, qaydalarda və insanların başında dağınıqdır. Cotwyn onları bir yerə yığır və hər işçiyə öz icazəsi daxilində açır.

Mənbəsiz cavab yoxdur

Assistent yalnız şirkətin yüklədiyi sənədlərdən cavab verir. Hər cavabın altında mənbə var: sənəd, bölmə, səhifə — basanda lazım olan abzas açılır. Sənədlərdə cavab yoxdursa, «bilmirəm» deyir, uydurmur.

Azərbaycan dilində

Ekranlar, mətnlər və cavablar Azərbaycan dilindədir. Sualı azərbaycanca, rusca, türkcə və ya ingiliscə verə bilərsiniz — ingiliscə qayda sənədindən də cavab tapılır. Məzuniyyət Əmək Məcəlləsinə görə hesablanır, bayram günləri də nəzərə alınır.

Hər kəs öz icazəsi daxilində

İcazə axtarışdan əvvəl yoxlanır: işçi görməyə haqqı olmayan sənəddən heç bir parça almır. Sənədi kimin görəcəyini yükləyən seçir: departament, şöbə və ya yalnız özü. Bütün şirkətə isə yalnız rəhbərlər və admin aça bilər.

İmkanlar

Gündəlik iş bir yerdə

Hər işçi Cotwyn-i açanda ilk növbədə ona aid olanları görür: onu gözləyən təsdiqlər, tapşırıqları, müraciətlərinin harada olduğu.

Soruş

Həmkarınızdan soruşduğunuz kimi yazın: cavab şirkətin sənədlərindən, mənbəyi ilə.

Sənədlər

PDF, Word, Excel. Skan edilmiş sənədlər də oxunur. Kimin görəcəyini siz seçirsiniz.

Müraciətlər

Məzuniyyət, ezamiyyət, satınalma, avans, arayış, IT. Təsdiq yolu əvvəlcədən görünür, hər addım tarixçədə qalır.

Tapşırıqlar

Tapşırıq verin, son tarixi və vəziyyəti izləyin; gecikən tapşırıq ana səhifədə görünür.

Məzuniyyət

Balans Əmək Məcəlləsinə görə: staj, bayram günləri, gözləyən müraciətlər. Komanda təqvimində kimin nə vaxt məzuniyyətdə olacağı görünür.

İnsanlar və struktur

Axtarışlı işçi kataloqu, «nədən məsuldur», departament və şöbələrin ağacı.

Ana səhifə və Kabinetim

Rolunuza görə: işçi, rəhbər və admin hər biri öz ekranını görür.

Bildirişlər

Təsdiq, düzəlişə qaytarma, yeni tapşırıq — tətbiqdə və e-poçtla.

İdarəetmə

İşçilər və struktur bir Excel faylı ilə; şirkətin ayarları, müraciət növləri və təsdiq zəncirləri — proqramçısız.

İki personaj bir-birinə əl uzadır: solda tünd COT, sağda içi işıqlı nöqtələrlə dolu şəffaf WYN.
Ad haradandır

COT və onun əkizi WYN

COT

Şirkətinizin özü: insanlar, qaydalar, sənədlər, müraciətlər — hər gün işləyən canlı orqanizm.

WYN

Onun rəqəmsal əkizi: şirkətin yüklədiyi sənədləri bilir, soruşanda mənbəyi ilə cavab verir və heç vaxt icazədən kənara çıxmır.

Necə işləyir

Üç addımda başlayın

  1. İşçiləri və strukturu yükləyin

    Departamentlər, şöbələr, rəhbərlər və əvəzedicilər — bir Excel faylı ilə. Yeni işçilərə giriş linki e-poçtla gedir.

  2. Sənədləri əlavə edin

    Qaydalar, əmrlər, təlimatlar — PDF, Word, Excel, skan. Hər sənəd üçün kimin görəcəyini seçin.

  3. İşləyin

    Sual verin — cavab mənbə ilə gəlir. Müraciət açın — təsdiq yolu rəhbərlərə görə özü qurulur.

Mobil tətbiq

Cibinizdə də

Tətbiq şirkətinizin Cotwyn serverinə qoşulur — ünvanı yazın və ya kompüterdəki QR kodu oxudun.

  • Yolda sual verin, müraciəti təsdiqləyin
  • Sənədin şəklini çəkib müraciətə əlavə edin
  • Açıq və tünd görünüş
AndroidGoogle Play — tezliklə iPhoneApp Store — tezliklə
Təhlükəsizlik və məxfilik

Şirkətin məlumatı şirkətindir

Hər şirkət ayrıdır

Bir şirkətin məlumatı başqa şirkətə görünmür; admin işçilərin suallarını oxumur.

Modelləri öyrətmək üçün deyil

Şirkətin sənədləri və sualları süni intellekt modellərini öyrətmək üçün istifadə olunmur.

Şifrəli bağlantı

Məlumat HTTPS ilə ötürülür, parollar geri çevrilməyən heşlə saxlanır, giriş cəhdləri məhdudlaşdırılır.

Dəyişdirilməyən jurnal

Kim, nə vaxt, nə etdi — fəaliyyət jurnalı sonradan dəyişdirilə bilməz və üç il saxlanır.

Reklam və izləmə yoxdur

Nə reklam, nə analitika, nə də məlumat satışı.

Avropa İttifaqında

Serverlər və ehtiyat nüsxələr Avropa İttifaqındadır. Ətraflı — məxfilik siyasətində.

Cotwyn-i öz gözünüzlə görün

Demo — nümunə şirkətin iş sahəsi. Giriş kodu ilə açılır.